Modern.az

Sabirabadda dəhşətli qəzada 3 nəfər öldü - Rəsmi AÇIQLAMA

Sabirabadda dəhşətli qəzada 3 nəfər öldü - Rəsmi AÇIQLAMA

Hadisə

27 Noyabr 2024, 10:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Qaraağac kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “Daewoo” markalı iki minik avtomobili toqquşub və 2 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

TƏBİB-dən isə bildirilib ki, 27 noyabr 2024-cü il tarixidə Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1986-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü ( cinsi qadın) şəxsə hər iki bud sümüyünün sınığı,  2017-ci il təvəllüdlü ( kişi cinsli) şəxsə isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib. İki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, 2017-ci il təvəllüdlü şəxs isə hazırda əməliyyat olunur.
1992-ci il təvəllüdlü (cinsi kişi) şəxsi həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb.

***

***

09:47

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib.  “Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

***

Sabirabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların kimliyi məlum olub.

Modern.az xəbər verir ki, ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.

Yaralılar Çölbeşdəli kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samir qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.

Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

 

***

09:06

Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.

Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1398810

1398811

1398812

1398809

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi