Modern.az

Ukrayna jurnalistlərə hücuma görə liderdir

Ukrayna jurnalistlərə hücuma görə liderdir

27 Dekabr 2013, 13:16


Ukrayna 2013-cü ildə jurnalistlərə edilən hücumlara görə rekord ölkə kimi tarixə düşəcək. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, insidentlərin böyük əksəriyyətinin təşəbbüsçüsü kimi hüquq-mühafizə orqanlarının əməkdaşları çıxış ediblər. Kütləvi İnformasiya Vasitələri İnstitutunun məlumatına görə, bu il Ukraynada jurnalistlərlə bağlı 101 hadisə baş verib. Bunun 70-i ölkədəki etiraz hadisələrinin işıqlandırılmasına görə qeydə alınıb. Təkcə dekabr ayında adıçəkilən institutun nümayəndələri KİV əməkdaşlarına 48 hücum faktını qeydə alıblar. İnstitutun əməkdaşları onu da qeyd ediblər ki, Ukraynada jurnalistlərə hücumla bağlı builki qədər rekord həddə hadisə baş verməyib. 2012-ci ildə bu göstərici 65 olub. Məlumatda qeyd edilir ki, KİV təmsilçilərinə hücumun təşəbbüskarı daha çox ayrı-ayrı şəxslərin, yaxud strukturların mühafizəçiləri, hüquq müdafiəçiləri və siyasətçilər olublar.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!