Modern.az

Qubada güclü yağışın fəsadları: həyətləri su basdı - FOTO

Qubada güclü yağışın fəsadları: həyətləri su basdı - FOTO

27 Noyabr 2024, 13:00

Güclü yağış Quba rayonunun bir sıra yaşayış məntəqələrində fəsadlar törədib.

Modern.az xəbər verir ki, rayonun Çiçi və Alekseyevka kəndlərində yağış suları həyətlərə və evlərin zirzəmilərinə dolub. Sakinlərin təsərrüfatlarına ziyan dəyib.

Alekseyevka kəndində 4 evin həyət və zirzəmisinə dolan yağış sularının çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu