Modern.az

KXCP sədri: “Rüstəm İbrahimbəyov media üçün istefa verib”

KXCP sədri: “Rüstəm İbrahimbəyov media üçün istefa verib”

27 Dekabr 2013, 14:07

“Rüstəm İbrahimbəyovun istefası ilə bağlı məlumatı mətbuatdan almışam. Məsələ ilə tanış olmadığıma görə münasibət bildirə bilmərəm”.

Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, İbrahimbəyov istefa veribsə, bu, qurumun sessiya müzakirə olunmalıdır: “Əlimizdə bir sənəd, bəyanat yoxdur. O, mətbuata açıqlama verib. Milli Şura bir qurumdursa, burada müraciət olmalıdır. Rüstəm İbrahimbəyov media üçün istefa verib”.

Qeyd edək ki, dekabrın 26-da tanınmış kinodramaturq R. İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verib.

 

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!