Modern.az

Seldə batan maşında qalan şəxs xilas edildi - VİDEO

Seldə batan maşında qalan şəxs xilas edildi - VİDEO

Hadisə

27 Noyabr 2024, 13:34

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, intensiv yağışlar nəticəsində Dəvəçiçay çayına sel gəlməsi səbəbindən hərəkətdə olan avtomobilin çayda batdığı və vətəndaşın avtomobildə təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə təhlükəli vəziyyətdə qalan 1966-cı il təvəllüdlü Cəfərov İdayət Nemət oğlu xilas edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu