Modern.az

Türkiyə ordusu ölkəni sarsıdan əməliyyatlara reaksiya verdi

Türkiyə ordusu ölkəni sarsıdan əməliyyatlara reaksiya verdi

Təhsil

27 Dekabr 2013, 14:09


Türkiyəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarının yaratdığı olaylara ordu münasibət bildirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada qeyd olunur ki, ordu heç bir halda siyasi çəkişmələrə qoşulmaq istəmir.
“Türkiyə Silahlı Qüvvələri Konstitusiyanın tələblərini və digər qanunvericiliklərin tələblərini yerinə yetirir. Ana Yasada qəbul edilən hüquq dövləti, hüququn üstünlüyü, demokratik cəmiyyətin tələbləri prinsipinə bağlılıq ordu üçün vacibdir. Bu baxımdan Türkiyə Silahlı Qüvvələri heç bir şəkildə siyasi qalmaqalların iştirakçısı olmaq istəmir”, - deyə açıqlamada qeyd olunur.

Aqşin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!