Modern.az

Qəzada ölən müəllim yeni maşınıyla dərsə gedirmiş

Qəzada ölən müəllim yeni maşınıyla dərsə gedirmiş

Hadisə

27 Noyabr 2024, 14:32

Sabirabadda dəhşətli yol qəzasında ölənlərdən biri müəllim olub.

Modern.az Tns.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Salatın Rəhman qızı Abuzərova Şirvan şəhərindəki orta məktəblərdən birində müəllim işləyirmiş. Əslən Sabirabad rayonundan olan S.Abuzərova səhər saatlarında yeni aldığı “Daevoo” markalı avtomobillə dərsə gedərkən qəzaya düşüb. S.Abuzərova hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.

“Toyota” markalı avtomobillə “Daevoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu