Modern.az

Milli Konservatoriyaya yeni rektor təyin edildi - DOSYE

Milli Konservatoriyaya yeni rektor təyin edildi - DOSYE

27 Noyabr 2024, 15:32

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Kamilə Hüseyn qızı Dadaş-zadə təyinat alıb.

Qeyd edək ki, Kamilə Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.

K.Dadaş-zadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

O, 2011-ci ildən kafedraya rəhbərlik edir.

K.Dadaş-zadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.

2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

2013-cü ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi