Modern.az

Rusiya iki alman jurnalisti deportasiya etdi

Rusiya iki alman jurnalisti deportasiya etdi

Dünya

27 Noyabr 2024, 17:40

Rusiya Almaniyanın ARD media qrupunun Moskva ofisinin jurnalistlərinə qarşı tədbirlər görüb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Almaniya hakimiyyətinin Rusiyanın Birinci Kanalının müxbirlərinin bu ölkədə işləməsinə qadağa qoymasına cavab olaraq, biz Almaniyanın ARD media qrupunun Moskva nümayəndəliyinin jurnalistlərinə qarşı güzgü tədbirləri görməyə məcburuq”, - Zaxarova bildirib.

Alman jurnalistlərə akkreditasiya sertifikatlarını təhvil vermək və müəyyən edilmiş müddət ərzində Rusiya Federasiyasının ərazisini tərk etmək əmri verilib.

Zaxarova deyib ki, Moskva ARD-nin yeni əməkdaşlarının akkreditasiyası imkanlarını nəzərdən keçirməyə hazır olacaq, ancaq Almaniya hökuməti rusiyalı jurnalistlərin Berlində işləməsi üçün şərait yaratdıqdan sonra. .

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi