Modern.az

Dəhşətli qəzada ölən hərbçilərin adları AÇIQLANDI

Dəhşətli qəzada ölən hərbçilərin adları AÇIQLANDI

27 Noyabr 2024, 22:44

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Həlak olanlardan 5-i hərbçidir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin  rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu