Modern.az

20 saziş qəbul edəcəyik - Tokayev

20 saziş qəbul edəcəyik - Tokayev

Dünya

28 Noyabr 2024, 00:07

Qazaxıstan və Rusiya arasındakı münasibətlər çox möhkəm strateji tərəfdaşlıq və müttəfiqlik təməlinə əsaslanır.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Prezidenti Vladimir Putinlə məhdud tərkibdə görüşündə bildirib.

 

Akordada keçirilən görüşdə Qasım-Jomart Tokayev qeyd edib ki, “Qazaxıstan bu çox çətin dövrdə Rusiyanın etibarlı strateji tərəfdaşı və müttəfiqi olub və indi də qalır”.

 

“Qazaxıstan və Rusiya ikitərəfli tərəfdaşlığın müsbət dinamikasını nəinki qoruyub saxlamağa, həm də artırmağa nail ola biliblər. Səfər ərəfəsində hökumət üzvləri işləyib gündəlikdəki bütün məsələləri müzakirə ediblər. Biz çox mühüm sənədlər - 20 saziş qəbul edəcəyik ki, bu da, şübhəsiz ki, mehriban qonşuluğumuzun və əməkdaşlığımızın gələcək inkişafına əlavə güclü təkan verəcək”, - deyə dövlət başçısı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi