Modern.az

Parlamentin hakim təyin edilən əməkdaşı vəzifəsindən azad edildi

Parlamentin hakim təyin edilən əməkdaşı vəzifəsindən azad edildi

Parlament

28 Noyabr 2024, 11:24

 Milli Məclis Sədrinin müavininin köməkçisi Bəhruz Müslümov vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, o, bir neçə gün əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

 

Qeyd edək ki, Bəhruz Müslümov dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir.

 

Müslümov Bəhruz Firizman oğlu hüquqşünaslıq ixtisası üzrə bakalavr, magistratura və doktorantura pillələrini bitirib. Corc Vaşinqton Universitetinin məzunu olmuş, eləcə də Çində rəhbər kadrların ixtisasartırma kursunu uğurla tamamlayıb.  “SABAH” qruplarında dərs deyib və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı ilə təltif olunub.

 

1399187

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər