Modern.az

Trampın vəzifəyə təyin edikləri şəxslər hədələnir

Trampın vəzifəyə təyin edikləri şəxslər hədələnir

Dünya

28 Noyabr 2024, 09:08

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evin gələcək administrasiyasının üzvləri kimi adlarını çəkdiyi bir neçə şəxs partlayıcı qurğu ilə bağlı təhdidlər aldıqları barədə FTB-yə məlumat veriblər.

Modern.az xəbər verir ki, BBC-nin məlumatına görə, FTB təsdiqləyib ki, alınan “çoxsaylı bomba təhdidləri”ndən xəbərdardır.

Təhdidlər barədə ilk məlumat verən Trampın andiçməsindən sonra Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi təyin ediləcək Elise Stefanik olub.

Tramp-ın keçid qrupunun sözçüsü Caroline Leavitt, hüquq-mühafizə orqanlarının təhdidlərə məruz qalan bir neçə insanın təhlükəsizliyini təmin etmək üçün sürətlə hərəkətə keçdiyini söyləyib.

“Prezident Tramp bu məsələdə bizə bir nümunə göstərir - biz özümüzü təhdidlərlə dayandırmağa imkan verməyəcəyik”, - o Trampa qarşı uğursuz sui-qəsd cəhdlərinə toxunaraq deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!