Modern.az

6 nəfərin öldüyü qəzada yaralanan yeniyetmə də VƏFAT ETDİ - YENİLƏNİB

6 nəfərin öldüyü qəzada yaralanan yeniyetmə də VƏFAT ETDİ - YENİLƏNİB

Hadisə

28 Noyabr 2024, 17:28

TƏBİB-dən Tovuzdakı qəzada yaralanan yeniyetmənin ölümü ilə bağlı açıqlama verilib.

Qurumdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 27.11.2024-cü il tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu ilə ona zəruri tibbi yardım göstərilib. İxtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. 

Reanimasiya şöbəsində süni tənəffüs aparatı ilə tənəffüs dəstəyi alan yeniyetmənin göstərilən bütün reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

***

16:04

Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən qəzada ağır xəsarət alan yeniyetmə Gəncədəki xəstəxanada ölüb.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, "Mercedes" ilə  "VAZ 2106 " markalı minik  avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki,  ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedec " ilə  "VAZ 2106" markalı minik maşınları toqquşub. Qəza zamanı 5 hərbçi olmaqla 6 nəfər hadisə yerində ölüb. Qəza ilə bağlı cinayyət işi açılıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU