Modern.az

Küləklə bağlı sarı XƏBƏRDARLIQ

Küləklə bağlı sarı XƏBƏRDARLIQ

28 Noyabr 2024, 16:40

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.


Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, noyabrın 29-u Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Siyəzən, Xızı, Xaçmaz, Şabran, Quba, Qusar, Goranboy, Naftalan, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Daşkəsən, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi