Modern.az

"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" xeyriyyə axşamı

"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" xeyriyyə axşamı

Mədəniyyət

28 Noyabr 2024, 17:04

Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva 2021-ci il martın 13-də dünyasını dəyişib. Humayın vəfatından sonra ailəsinin təşəbbüsü, yaxın dost və rəfiqələrinin iştirakı ilə “Huma Quşu Təhsilə Yardım Fondu təsis edildi. Fonda rəhbərliyi Humayın anası Şəhla Vəzirova və İdarə Heyəti həyata keçirir.


Humay Quliyeva müxtəlif illərdə BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Bankı kimi şirkətlərdə çalışıb, həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi, o, dünyada müharibələrin və münaqişələrin baş verdiyi ölkələrdə mülki əhaliyə yardımlar göstərən missiyanın tərkibində fəaliyyət göstərib. 2015-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı humanitar missiyanın ilk nümayəndələrindən olan Humay Quliyeva daha sonra təşkilatın Mərkəzi Afrika ölkəsindəki nümayəndəliyində çalışıb. 


“Huma Quşu” Təhsilə Yardım Fondunun adı Humay Quliyevanın yazdığı şeirə əsasən qoyulub. Fondun başlıca məqsəd imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkədə və Azərbaycanın hüdudlarından kənarda keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərməkdir.


Başlanğıc mərhələdə Fondun yeganə maliyyə qaynağı Humayın şəxsi hesabında toplanan vəsait idi. Artıq son zamanlarda müxtəli idarə və şirkətlər, ayrı-ayrı vətəndaşlar da xeyriyyəçilik fəaliyyətini genişləndirməsi üçün Fonda könüllü ianələr edirlər.Fond işini genişləndirmək və imkansız gənclərin təhsilinə maliyyə dəstəyini daha böyük miqyasda təmin etmək üçün gələcəkdə müxtəlif qurumlardan və vətəndaşlardan xeyriyyə məqsədi ilə könüllü ianələrin, habelə birdəfəlik yardımların qəbul olunmasını da məqsədəuyğun sayır. 

 

Dekabrın 7-də “Huma Quşu” Təhsilə Yardım Fondunun «Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi» adlı xeyriyyə axşamı keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə tanınmış caz ustası Salman Qəmbərov və Bakustic Jazz qrupunun, eləcə də xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun ifasında zəngin konsert proqramı nümayiş olunacaq

 

Eyni zamanda rəsm əsərlərindən ibarət sərgi də keçiriləcək 

 

Xeyriyyə axşamında iştirak etmək üçün biletləri iTicket.az-ın satış məntəqələrindən və ya aşağıdakı linkə daxil olaraq onlayn şəkildə əldə edə bilərsiniz:
//t.ly/XIkML

 

Qeyd edək ki, bilet və rəsmlərin satışından əldə edilən vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər