Modern.az

Maşın dirəyə çırpıldı - yaralılar var 

Maşın dirəyə çırpıldı - yaralılar var 

Hadisə

28 Noyabr 2024, 20:26

Cəlilabad rayonunda idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb.

 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU