Modern.az

Məhkəmə Əfqan Sadıqov barədə QƏRAR VERDİ 

Məhkəmə Əfqan Sadıqov barədə QƏRAR VERDİ 

Ölkə

28 Noyabr 2024, 21:08

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyası barədə qərar çıxarıb.

 

Modern.az bu barədə "İnterpressnews" portalına istinadən xəbər verir.

 

Belə ki, bu gün Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin sədrliyi ilə iclas keçirilib.

 

İclasda "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verilib.

 

Qeyd edək ki, Əfqan Sadıqov bu il avqustun 3-də Gürcüstanda həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi