Modern.az

İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında olub

İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında olub

Təhsil

27 Dekabr 2013, 18:05

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında iştirak edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət başçısı Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Prezidentinin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlət başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə akademiyanın Nizamnaməsi təsdiq edilib.
Məlumat verilib ki, akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.
Dövlət başçısı akademiyanın kollektivi ilə görüşüb.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!