Modern.az

TIR sərnişin avtobusu ilə toqquşdu: yaralı var - FOTO

TIR sərnişin avtobusu ilə toqquşdu: yaralı var - FOTO

Hadisə

29 Noyabr 2024, 12:27

Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün saat 10:50-də Bakı-Qazax magistral yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində "SCANIA" markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan "Mercedes-Benz" markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Məlumata görə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

1399616

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir