Modern.az

Birinci xanım: Müharibə Zelenskinin səhhətinə mənfi təsir edib

Birinci xanım: Müharibə Zelenskinin səhhətinə mənfi təsir edib

Dünya

29 Noyabr 2024, 16:52

Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, genişmiqyaslı müharibə onun həyat yoldaşı, prezident Volodimir Zelenskinin səhhətinə mənfi təsir edib.

Modern.az xəbər verir ki, Zelenskaya bunu İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.

Prezidentin həyat yoldaşının sözlərinə görə, Volodimir Zelenski müharibə ilə əlaqədar xeyli stress keçirib. O etiraf edib ki, böyük fiziki və emosional stress səbəbindən ərinin kürəyi tez-tez ağrıyır.

Bununla yanaşı, Zelenskaya “1000 günlük müharibə”nin ərini daha da gücləndirdiyini də vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi