Modern.az

FHN "Lokomotiv" idman kompleksindəki partlayış barədə məlumat yayıb

FHN "Lokomotiv" idman kompleksindəki partlayış barədə məlumat yayıb

Təhsil

28 Dekabr 2013, 08:46

Fövqəladə Hallar Nazirliyi dekabrln 27-də Bakının Biləcəri qəsəbəsindəki "Lokomotiv" idman kompleksinin qazanxanasında baş vermiş partlayışla bağlı məlumat yayıb.
Bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə  “Lokomotiv” idman kompleksində partlayış hadisəsi barədə xəbər daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Lokomotiv” idman kompleksinin qazanxanasında qaz sızması nəticəsində partlayış baş verib və 2 nəfər uçqun altında qalıb. Xilasedicilər hadisə yerinə çatana kimi xəsarət almış 1 nəfər vətəndaşlar tərəfindən uçqun altından çıxarılaraq xəstəxanaya aparılıb. Digər vətəndaş 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə uçqun altından çıxarılıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ş.Məmmədovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:34-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!