Modern.az

Nazirlik daha bir partiya ilə bağlı məhkəməyə MÜRACİƏT ETDİ

Nazirlik daha bir partiya ilə bağlı məhkəməyə MÜRACİƏT ETDİ

30 Noyabr 2024, 14:07

Ədliyyə Nazirliyi daha bir partiyanın ləğv edilməsi üçün məhkəməyə müraciət edib.

 

Modern.az-ın "Elektron Məhkəmə Poratlı"ndan əldə etdiyi məlumata görə, Nazirlik Azadlıq Partiyasının ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

 

İşə hakim Ceyhun Məmmədovun sədrliyi ilə baxılacaq. Şifahi məhkəmə baxışı dekabrın 5-nə təyin edilib.

 

Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə yaradılıb, sədri Əhməd Orucdur. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

 

Xatırladaq ki, bundan əvvəl Azad Demokratlar Partiyasının ləğvi üçün məhkəməyə müraciət edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!