Modern.az

Bugünə təyin olunmuş “Qaziləri yandırma!” aksiyası ləğv edildi

Bugünə təyin olunmuş “Qaziləri yandırma!” aksiyası ləğv edildi

Təhsil

28 Dekabr 2013, 11:09


II qrup Qarabağ əlili Zair Həsənovun özünü yandırma həddinə çatdırılmasına etiraz əlaməti olaraq Bakının Fəvvarələr meydanında bu günə təyin olunmuş aksiya ləğv edilib.
Bu barədə “Qaziləri yandırma!” şüarı altında keçirilməsi nəzərdə tutulan aksiyanın təşkilatçılarından olan Qarabağ qazisi Asif Yusifli “Facebook” sosial şəbəkəsində məlumat verib. O, bildirib:

“Əziz həmvətənlər hörmətli yurddaşlar. Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmağa məcbur qalması bizi “Qazilərimzi yandırmayın!” şüarı ilə aksiya təyin etməyə vadar etdi. Biz o zaman sizə belə müraciət etmişdik: “Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar
Bu gün hamımızın qanın donduran hadisə baş verdi.
Həmkarlar İttifaqı Konfedrasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığıdan təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı.
Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi yağı işgalda olan bir ölkədə Qarabağ qazisinin özünü odlaması bizim hamımızın vicdanını silkələməlidir.
Bu rəzalətdir!
Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm.
Bunun üçün həftənin altıncı günü saat 3-ə aksiya elan edirəm.
O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Mehbalıyav qazini, 5 uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, Qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır”.

Bildiyiniz kimi, bu məsləyə dövlət başçısı İlham Əliyev səviyyəsində təzyiqimiz nəticəsində münasibət bildirilib. Hadisə ilə bağlı cinayət işi başlanıb. Onun sağlamlığının bərpası üşün öhdəliklər ən yüksək səviyyədə götürülüb. Bütün maddi ziyanlar ödənilib və bu davam edəcək.
Buna görə də biz yuxarıda da qeyd etdiyimiz kimi, bütün tələblərimiz yerinə yetirilib. Buna görə də biz hesab edirik ki, bu aksiya artıq öz məqsədinə çatıb. Təyin etdiyimiz aksiyaya verdiyiniz dəstəyə görə hər kəsə təşəkkür edirik.
Bununla belə, hakimiyyətin diqqətinə çatdırırıq ki, Qarabağ qazilərinə dair kardinal addımlar atılmalıdır. Hər qazi və ya vətəndaş problemlərini həll etmək üçün özünü yandırmaq məcburiyyətində qalmamalıdır. Hakimiyyət dərhal əlillərin problemlərinin həlli istiqamətində addımlar atmağa başlamalıdır”.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!