Modern.az

“Neftçi”-“Qarabağ” oyununa satılan biletlərin sayı

“Neftçi”-“Qarabağ” oyununa satılan biletlərin sayı

İdman

30 Noyabr 2024, 18:21

“Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.

 

Modern.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 5 min bilet satılıb.

 

Yerdə qalan 3 min biletdən 1000 ədədi (“Cənub-üst” sektoru – 10 AZN, “Cənub-alt” sektoru – 15 AZN, VIP – 35 AZN) hazırda iticket.az saytından onlayn şəkildə almaq mümkündür.

 

Oyunu tribunadan izləmək istəyən azarkeşlər həmin gün saat 12:00-dan etibarən “Forza” və “Qərb-2” sektorlarına olan 2000 ədəd bileti (qiyməti 3 AZN) “Neftçi Arena”nın kassalarından əldə edə bilərlər.

 

Qeyd edək ki, görüş dekabrın 1-i saat 19:00-da “Neftçi Arena”da təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər