On il müddətində Ermənistandan qanunsuz yollarla 6,2 milyard dollardan çox pul aparılıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda “Global Financial Integrity” araşdırma mərkəzi məlumat yayıb. Bu günlərdə yayılan hesabatda qeyd edilir ki, 2002-2011-ci illərdə Gürcüstandan 4,5 milyard dollar (Gürcüstanın iqtisadi imkanları Ermənistanınkından böyükdür) çıxarılıb.
Azərbaycana gəldikdə, hesabata görə bu göstərici 10 ildə 17 milyard dollardan çox olub.
Sənəddə qeyd edilir ki, Azərbaycanın iqtisadi imkanları Ermənistanla müqayisədə 7 dəfə çoxdur.
Modern.az