Modern.az

Qarabağ Universitetində əcnəbilər - NAZİR AÇIQLADI

Qarabağ Universitetində əcnəbilər - NAZİR AÇIQLADI

Təhsil

30 Noyabr 2024, 23:34

Qarabağ Universitetində Türk Dövlətləri Təşkilatına (TDT) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən tələbələr də təhsil alacaq.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

“Növbəti ildən Prezident İlham Əlieyevin tapşırığı ilə türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərdən tələbələrin Qarabağ Universitetində təhsil alması planlaşdırılır”, - o bildirib.

 

Nazir qeyd edib ki, Azərbaycanla dostluq münasibətləri saxlayan ölkələrin də tələbələri növbəti ildən qəbul ediləcək. 

 

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi