Modern.az xəbər verir ki, Dağlıq Qarabağ icmasının rəhbəri Bayram Səfərov Xankəndinin işğalı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında artıq gənc nəslin sülh prosesindən yorulduğunu deyib.
“Artıq gənc nəsil sülh prosesindən yorulub və torpaqların geri qaytarılmasını arzulayırlar. Dağlıq Qarabağın Azərbaycanlı İcması həmişə Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyir. Prezident İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytaracaq və orada abadlıq işləri aparacaq. Azərbaycanın üçrəngli bayrağı Xankəndində, işğal olunmuş digər rayonlarda dalğalanacaq. Hətta ermənilər də bilir ki, o torpaqlar azərbaycanlılarındır. Ermənistanda da övladını düşünənlər Azərbaycanın haqlı olduğunu bilirlər”.
Bayram Səfərov erməni icması ilə görüşə münasibət bildirib. “Dağlıq Qarabağın Azərbaycanlı İcması görüşə razı olsa da, Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağın erməni icması görüşə razılıq vermir. Bu görüşün baş tutmamasında Ermənistan prezidenti Serj Sərkisyanın rolu böyükdür. Çünki Ermənistan hakimiyyəti heç vaxt istəmir ki, Azərbaycan icması ilə görüş olsun. Erməni icması ilə oturub danışsaq, iki-üç görüşdən sonra Ermənistan prezidenti Sərkisyan artıq artıq bu prosesdə lazım olmaycaq”.
Aqşin Kərimov