Modern.az

Rumıniyada parlament seçkiləri KEÇİRİLİR

Rumıniyada parlament seçkiləri KEÇİRİLİR

Dünya

1 Dekabr 2024, 10:53

Rumıniyada parlament seçkiləri keçirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.

 

Seçkilərin keçirilməsi üçün 8 968 məntəqə açılıb, Xaricdə isə 950 səsvermə məntəqəsi mövcuddur. Ümumilikdə 18 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

 

"İndiyə qədər 170 078 rumıniyalı səs verib ki, bu da 2020-ci il parlament seçkilərinin sayından təxminən iki dəfə çoxdur", - nəşr bildirib.

 

Parlamentə seçkilərin nəticələrinə görə, ümumi namizədlərdən 137 senator və 322 deputat seçiləcək. Seçkilərə 50 siyasi blok və partiya buraxılıb. Olar parlamentə daxil olmaq üçün minimum 5 %-lik baryeri keçməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi