Modern.az

Deputat: “1992-ci ildən sonra banklara qoyulan əmanətlərin qaytarılacağına inanmıram”

Deputat: “1992-ci ildən sonra banklara qoyulan əmanətlərin qaytarılacağına inanmıram”

Təhsil

28 Dekabr 2013, 12:04

Sovet dönəmindən qalan əmanətlərin qaytarılması bu il başa çatır. Ötən il prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının ölkə vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalamışdı. Fərmanda deyilirdi ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və o bankın hüquqi varisi “Kapital Bank” ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlayan Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə o hesabdakı qalıqlar nəzərə alınmaqla fərdi birdəfəlik ödəmələr verilsin. Əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il dekabrın 31-dək başa çatdırılır. “Kapital Bank” ASC birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab olundu.

İndi hər kəs 1992-ci ildən sonra banklara yatırdığı əmanətlərin geri qaytarılacağına ümid edir. Artıq həmin əmanətlərin qaytarılacağı ilə bağlı söz-söhbətlər də yayılıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Modern.az-a aaçıqlamasında bildirib ki, 1992-ci ildən sonra banklara qoyulan əmanətlərin qaytarılamsına inanmır. Onun sözllərinə görə, həmin ərəfədə Azərbaycan bazar iqtisadiyyatına keçid dövrü yaşadığından əmanətlər dəyərdən düşdü: “1992-ci ildə Azərbaycan bazar iqtisadiyyatına keçidə başladı. Ona görə də həmin əmanətlər dəyərdən düşdü. Odur ki, 1992-ci ildən sonra banklara qoyulan əmanətlərin geri qaytarılacağına inanmıram”.

Qeyd edək ki, Prezidentin 2012- ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə ötən dövr ərzində Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri əsasında 1 milyon 622 min 345 əmanət hesabı üzrə 597.320.420,74 manat məbləğində vəsait ödənilib.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!