Modern.az

Arif Hacılı: “Müsavat müxalifəti ələkdən keçirir”

Arif Hacılı: “Müsavat müxalifəti ələkdən keçirir”

28 Dekabr 2013, 12:20


“Hazırda danışıqlarla bağlı nəticələr çıxarmaq hələ tezdir. Bu görüşlər zəruri idi. Azərbaycanda hakimiyyət tərəfindən istər vətəndaş cəmiyyətində, istər mətbuat sahəsində, istərsə də siyasi partiyalar sırasında qarmaqarışıqlıq yaradılıb”.

Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil etdiyi partiyanın digər partiyalarla danışıqlarını şərh edərkən qeyd edib ki, Müsavat Partiyası ölkədə yaranmış vəziyyəti dəyişməyə qərar verib: “Müxalifət düşərgəsinin aydınlaşmasını, durulmasını istəyirik. Ona görə də bu istiqamətdə aparacağımız mübarizədə tərəfdaşlarımızın, müttəfiqlərimizin kim olduğunu əvvəlcədən dəqiq müəyyənləşdirmək qərarı qəbul etmişik. Keçirdiyimiz görüşlər də bununla bağlıdır”.

A. Hacılı bildirib ki, Müsavat Partiyasının istər Milli Şura, istərsə də Milli Şuradan kənar fəaliyyəti ilə əlaqədar müzakirələr apardıqdan və vəziyyəti dəyərləndirdikdən sonra qərarlar qəbul ediləcək.

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuraya daxil olan siyasi partiya nümayəndələri ilə, ziyalılarla görüşünü davam etdirir. Partiya artıq, bu istiqamətdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) “El” Hərəkatı, “Nida” Vətəndaş Hərəkatı, Ziyalılar Forumu ilə görüşlər keçirib.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!