Modern.az

Deputat Səttar Mehbalıyev haqqında

Deputat Səttar Mehbalıyev haqqında

28 Dekabr 2013, 13:10


Qarabağ əlilinin özünü yandırması bütün ölkə diqqətini onun üzərinə yönəltdi. Hətta ölkə başçısı da bu vəziyyətə biganə qalmadı. Xəstəxanaya yerləşdirilən Zaur Həsənova millət vəkilləri və səhiyyə naziri də baş çəkdi. Onun bütün ehtiyaclarının qarşılanacağına söz verildi. Amma bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə bir çoxları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevi qınadılar. Bütün günahların onda olduğunu, Qarabağ əlilini canına qəsd edəcək həddə çatdırdığını söylədilər. Millət vəkili Zahid Oruc həmkarı haqqında Modern.az-a bunları söylədi.

“ Səttar Mehbalıyevi 13 illik parlament üzvlüyü dövründən tanıyıram və onun haqqında söyləyəcəyim fikirlər son hadisə üzərində özünü hakim kimi aparan və günahkar tapıb onu ittiham edənlərə reaksiya sayılmamalıdır. Heç şübhəsiz ki, Vətən torpaqlarının müdafiəsinə qanı qarışmış hər kəs bizim üçün qiymətlidir və onun yaraları üzərində siyasi dava açılmaz. Bu məsələni növbəti Tunis olayı sayıb özünü hakimiyyət yolunda yandıran müxaliflərdən fərqli olaraq münsif rolunda çıxış etmək üçün gərək səlahəyyətin ola. Səttar Mehbalıyev xalqına bağlı bir insandır. Onu bu illər ərzində tanıyanlar hədsiz sadəliyi, sıravi vətəndaşa hörmət və ehtiramla yanaşmasının min dəfələrlə şahidi olub. Onun rəhbərlik etdiyi sahə daim insanların müxtəlif problemlərlə müraciət etdiyi qurum olduğundan, Səttar Mehbaliyevi həqiqi mənada xalq adamı saymaq olar. Bunu tam məsuliyyətim və səmimilimlə deyirəm. O,alicənab bir adamdır. Qardaşını Vətən yolunda şəhid vermiş,özü və doğmaları ilə bərabər Qarabağ savaşının içində olan bir şəxsin qandan və ruhdan gələn xüsusiyyətləri onu başqa birisinə çevrilməyə imkan verməzdi. İş elə gətirib ki,müxtəlif zamanlarda bizim bölgəyə onun aylarla davam edən səfərləri gerçəkləşib və orada yüzlərlə fərdi,onlarla ictimai problemə şəxsən qatlaşdığını görmüşəm. Birbaşa telefonla müxtəlif nazirlərlə danışması onun çevik qərarvermə qabiliyyətini,operativ reaksiya ilə canı dildən hər hansı bir işə kömək etmək niyyətini çoxlarına sübut edib. Yüzlərlə tələbənin təhsil haqlarını ödəməsi də dediklərimizə bir nümunədir. Səttar müəllim Bərdədə üç şəhid ailəsinin on min manatlarla ölçülən yükünü öz gücü ilə qarşılayaraq onu dövlətin üzərinə atmağa qoymadı. Bunları unutmaq olmaz. Çox yaxşı xatırlayıram,parlament müzakirələrində bir neçə dəfə neftçilərin və xarici kompaniyalarda çalışan insanlarımızın hüquq və mənafelərinin qorunması üçün onun necə kəskinliklə və yüksək iradə ilə mübarizə apardığının da hər kəs şahidi oldu. Bir sözlə baş vermiş ağr və hamımıızı üzən hadisə üzərindən kimisə mənəvi linç etməyə tələsənlər,bilməlidliər ki, Qarabağ qazisinə ehtiram hər zaman göstərilməlidir və bunun ən yaxşı yeri mətbuat üzərindən deyil. Gerçəkdə onların ağrısına qatlaşmaq hər adamın işi olmur. Özümə borc bildim ki,bu Vətən yolunda canını qoyan insanları tərəfə bölərək-bir səngərdə vuruşanları,o birisində guya onları əzənləri göstərib yeni mübarizə meydanı yaratmasınlar. Əminəm ki,qazimizin sağlamlıq durumu dövlətimizin yardımı ilə bərpa olunacaq.

 

  Ulduz İBRAHİMOVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!