Modern.az

Qarabağ separatçılarının rəhbəri Saakayan Rusiyanın SAXTA ordenini taxır - ARAŞDIRMA

Qarabağ separatçılarının rəhbəri Saakayan Rusiyanın SAXTA ordenini taxır - ARAŞDIRMA

Ölkə

28 Dekabr 2013, 14:33


Dağlıq Qarabağakı separatçı rejimin qondarma rəhbəri Bako Saakyanın saxta orden taxdığı aydınlaşıb. Modern.az saytının məlumatına görə, separatçı rejimin “prezidenti” özünün rəsmi tərcüməyi-halında Rusiya Federasiyasının “birinci dərəcəli “Böyük Pyotr” ordeni ilə təltif olunduğunu qeyd edib. Modern.az-ın araşdırmalarından sonra bəlli olub ki, adıçəkilən orden Rusiyanın dövlət mükafatı deyil. Belə ki, bu ordeni paylayan “Təhlükəsizlik, müdafiə problemləri Akademiyası” adlı təşkilat Rusiyanın Ali Məhkəməsi tərəfindən cinayətkar təşkilat elan edilib və baş prokurur Yuri Çaykanın Ali Məhkəməyə müraciətindən sonra həmin “akademiyanın” fəaliyyətinə xitam verib.

Rusiya Baş Prokurorluğunun yaydığı rəsmi açıqlamaya görə, 2000-ci ildə yaradılmış bu “akademiya” özbaşına olaraq “ictimai mükafatlar üzrə Milli Komitə” yaradıb və  dövlət mükafatları, ordenləri və medalları ilə eynilk təşkil edən mükafatlar təsis edib. Bütövlükdə “akademiya” tərəfindən 73 mükafat təsis edilib.

Müvafiq araşdırmalardan sonra Rusiya Ali Məhkəməsinin qərarı ilə “Təhlükəsizlik, müdafiə problemləri Akademiyası” və onun mükafatlar üzrə “Milli Komitə”si ləğv edilib. Oktyabr ayında Moskva şəhər Məhkəməsinin qərarı ilə mükafatlar, ordenlər və medallar müsadirə olunub. “Akademiyanın” rəhbəri Viktor Şevçenko Rusiya İnzibati Xətalar Məcəlləsinin maddələri ilə günahkar elan edilib.

Bako Saakayanın fəxrlə gəzdirdiyi “1-ci dərəcli Böyük Pyotr” ordeni isə qondarma “akademiya” tərəfindən “hərbi və vətəndaş borcunun yerinə yetirilməsi zamanı mərdlik və hünər göstərdiyinə” görə verilir. Məsələ aydındır: bu “hünəri”n  Xocalıda dinc əhalinin qırğını hesabına əldə olunduğu heç kimə sirr deyil. Bu başabəla “prezident”in sinəsinə taxdığı  “orden” elə qondarma “akademiya”nın özü qədər saxta dəmir parçasından başqa bir şey deyil. Saakayan hətta bu saxta “ordeni” belə, qənimət sayır. Saxta olduğunu etiraf etmir. Əsl ermənisayaq “göreşən” xislətinin daşıyıcısı kimi..


“Orden”in arxasındakı cümlə də diqqətdən kənarda qala bilməz. Orada “Rusiya dövlətçilyinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə” cüməsi həkk olunub. Bu isə Bako Saakyanın ipinin kimin əlində olmasını göstərən daha bir subutdur.

Yeri gəlmişkən, Dağlıq Qarabağakı separatçı rejimin saxta “orden” taxan qondarma rəhbəri Bako Saakyan barədə bir maraqlı məlumat da var. Bu məlmatlara görə, Bako Saakyanın əsl adı Bako deyil, Bahadır imiş, həm də o vaxtilə müsəlmanlığı qəbul edibmiş...
Əslən Xankəndindən olan yaşlı azərbaycanlılar bununla bağlı Modern.az saytına maraqlı məlumatlar söyləyiblər.

Modern.az saytının əməkdaşı Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndi və xankəndililər barədə araşdırma apararkən, əslən bu qədim yurdumuzdan olan yaşlı insanlarla görüşdə Bako Saakyan barədə maraqlı faktlar əldə edib.

Bako Saakyana valideynləri vaxtilə türk adı qoyublarmış... Xankəndindən olan ağsaqqallar bildirirlər ki, bu separatçı erməninin əsl adı Bahadır olub. Belə ki, Bakodan öncə onun bir neçə qardaş-bacısı doğulsa da, dünyaya gələn bu dığalar ölürmüş. Bako doğulanda – 1960-cı ildə - onun valideynləri qərara alırlar ki, dığaya erməni deyil, müsəlman adı qoysunlar ki, bəlkə Allahın da onlara rəhmi gələ, uşaq sağ qala... Belə də edirlər. Yenicə doğulan dığaya Bahadır adı qoyulur. Doğrudan da Bahadır özündən əvvəl doğulan qardaş-bacısından fərqli olaraq bu dünyanın tərk eləmir, iməkləyir, ayaq tutub yeriyir...
Məlumata görə, hətta rəsmi orqandan alınan doğum haqqında şəhadətnaməyə də onun adı Bahadır olaraq yazılır. Allahın Bahadır adlı bu dığanı hifz elədiyini görən valideynləri daha sonra belə qərara gəlirlər ki, sağ qaldığına görə onu müsəlman da etdirsinlər. Və Bahadıra İslam dinini qəbul etdirirlər. Onun sünnət edilib-edilmədiyi barədə isə Xankəndi ağsaqqalları dəqiq məlumata malik olmadıqlarını bildirirlər.

Sonradan Bahadır tədricən Bakoya çevrilir. Təbii ki, mənfur xislətli bu erməni İslama da sitayiş etmir... 1988-ci ildə Qarabağda genişlənən erməni separatçılığının fəallarından biri olur. Ermənilərin Qarabağdakı qanunsuz silahlı birləşmələrində müxtəlif “vəzifələr” tutur. 2007-ci ildə vaxtilə türk adı daşıyan Bahadır-Bako Saakyan  qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan üzdəniraq quruma “prezident” seçilir.

Qeyd edək ki, vaxtilə Azərbaycan türklərinin hər şeyinə tamah salan ermənilər ad oğurluğu ilə də məğul olublar. Bu xain millət Azərbaycan türkləri ilə qonşu olduqları vaxtdan adam adlarımızdan xoşlanaraq yeni doğulan dığalarına müxtəlif türk ismləri qoyublar. İndi də onlar arasında belə adlar daşıyan erməilər çoxdur. Bizim adlarımız tədricən onların soyadlarına da keçib. Məlikyan, Babayan, Balayan, Ağacanyan və s...

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi