Modern.az

Rusiya-İran-Türkiyə üçtərəfli görüşü keçiriləcək

Rusiya-İran-Türkiyə üçtərəfli görüşü keçiriləcək

Dünya

2 Dekabr 2024, 15:34

Rusiya Suriyadakı vəziyyətlə bağlı İran və Türkiyə nümayəndələri ilə sıx məsləhətləşmələrə davam edəcək.

Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında bildirilib ki, Moskva Tehran və Ankara ilə müzakirələr aparacaq.

Bu açıqlamanın davamında Suriya məsələsi ilə bağlı Rusiya, İran və Türkiyə arasında üçtərəfli görüşün planlaşdırıldığı vurğulanıb.

Suriya Müdafiə Nazirliyi ötən cümə axşamı Suriya ordusunun Hələb və İdlib əyalətlərinə hücum edən üsyançılarla qarşıdurmaya girdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi