Modern.az

Deputat Elxan Süleymanov özünün təsis etdiyi təqaüdü tələbələrə verib - FOTO

Deputat Elxan Süleymanov özünün təsis etdiyi təqaüdü tələbələrə verib - FOTO

28 Dekabr 2013, 14:56

Şamaxının millət vəkili Elxan Süleymanov bu il də seçicilərini Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. Dekabrın 28-də Şamaxı rayonunda yaşayan 165 Qəhrəman Anaya, 70 Qarabağ şəhidi ailəsinə, 34 Böyük Vətən Müharibəsi iştirakçısına Şamaxının millət vəkili adından bayram sovqatları çatdırılıb. Şamaxıda fəaliyyət göstərən 22 bağçada tərbiyə alan 1145 balacaya da bayram hədiyyələri verilib. Şamaxının millət vəkili Kiçik Xınıslı kəndindəki uşaq bağçasında düzənlənən Yeni il şənliyinə şəxsən qatılıb. Elxan Süleymanov Şamaxıdakı qərargahında son 3 ildə yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı tələbələrlə görüşüb, onlara bayram arzularını çatdırıb və özünün təsis etdiyi təqaüdləri təqdim edib.


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!