Modern.az

Astarada meyiti tapılan yeniyetmə intihar edibmiş - YENİLƏNİB

Astarada meyiti tapılan yeniyetmə intihar edibmiş - YENİLƏNİB

Aktual

2 Dekabr 2024, 21:55

Astarada meyiti tapılan yeniyetmə intihar edibmiş.

Modern.az bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir.

Belə ki, ötən gecədən axtarılan, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənovun meyiti həyətdə asılı vəziyyətdə tapılıb.

Nənəsi ilə birgə yaşayan yeniyetmənin intihar səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

17:14

Astarada axtarılan yeniyetmənin meyiti tapılıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!