Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində dekabrın 26-da Bakıda, Dərnəgül qəsəbəsindəki yataqxanada xüsusi amansızlıqla qətlə yetirilən Aynurə Kazımovanın Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızı olması ilə bağlı məlumat yayılıb.
Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən bildirlib ki, ekskluziv xəbər kimi təqdim olunan, əslində isə hansısa bir “jurnalist”in xəyal gücünün məhsulu olan məlumat həqiqətə uyğun deyil.
“Heç bir dəqiqləşdirilmə aparılmadan yayılan iddialar tamamilə absurddur və həqiqəti əks etdirmir. Xəbərdə adı çəkilən Kazımova Aynurə Şahlar qızı Füzuli rayonunun Bala Bəhmənli kənd sakinidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kazımova Aynurə Şahlar qızı adında bacısı qızı yoxdur”.
Modern.az