Modern.az

Gürcüstan hakimiyyəti müxalifətlə danışıqlara YOX dedi

Gürcüstan hakimiyyəti müxalifətlə danışıqlara YOX dedi

Dünya

2 Dekabr 2024, 19:51

Gürcüstan hakimiyyəti yeni parlamentin legitimliyini tanımayan müxalifət koalisiyaları ilə danışıqlar aparmaq niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

 

Baş nazir, həmçinin müxalifəti təxribatlar vasitəsilə vətəndaş qarşıdurmasına nail olmaqda ittiham edib.

 

“Bizim bu dörd partiyadan on dəfə çox partiya resurslarımız var, lakin biz belə faktlara proporsional olaraq reaksiya vermək fikrində deyilik. Onların məqsədi təxribatdır, onların məqsədi hadisələri vətəndaş münaqişəsinə çevirməkdir, biz təbii ki, səbirlə cavab verəcəyik və proporsional reaksiya verməyəcəyik”, - Kobaxidze mətbuat konfransında bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi