Modern.az

Dəm qazından zəhərlənən ailənin son durumu AÇIQLANDI - YENİLƏNİB

Dəm qazından zəhərlənən ailənin son durumu AÇIQLANDI - YENİLƏNİB

Hadisə

2 Dekabr 2024, 21:33

Şəki rayonunun Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin dörd üzvü xəstəxanaya yerləşdirilib.

 

Modern.az-ın məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Kiş kənd sakinləri 30 yaşlı Taryel Abdullayev, həyat yoldaşı 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Ailə üzvlərinə xəstəxananın Təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib. Onlar daha sonra palataya köçürülüblər.

 

Həkimlər ailə üzvlərinin vəziyyətlərinin sabitləşdiyini, həyatı təhlükənin sovuşduğunu bildirib. Abdullayevlərin müalicəsi xəstəxanada davam etdirilir.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

***

20:48

Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.

 

Kənd sakinləri, Abdullayev Taryel-1994, arvadı Abdullayeva Billur-1993 və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU