Fransa hökumətinin sədri Mişel Barnyeyə etimadsızlıq səsverməsindən sonra onun devrilməsi Prezident Emmanuel Makronun istefası məsələsini gündəmə gətirə bilər.
Modern.az xəbər verir ki, bu ehtimalı Fransanın BFMTV telekanalının siyasi şərhçiləri irəli sürüblər.
Onların sözlərinə görə, bu məsələ yaxın aylarda müzakirə olunacaq.
Bundan əvvəl Fransada müxalifət Baş nazir Barnyeyə etimadsızlıq səsverməsi irəli sürüb.