Modern.az

Mikayıl Cabbarov yeni əmr imzalayıb

Mikayıl Cabbarov yeni əmr imzalayıb

Təhsil

28 Dekabr 2013, 17:00


Nazir Mikayıl Cabbarov “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə” əmr imzalayıb. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, əmr dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramına) uyğun hazırlanması və qeyd olunan prosesin səmərəli təşkil olunmasını təmin etmək məqsədlərinə xidmət edir.
“Təhsil haqqında” Qanununa əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir. Bu baxımdan “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları” təhsil müəssisələri üçün dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin müasir tələblərə uyğun tənzimlənməsinə imkan verəcək.

    Gültəkin Ələsgər  
Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?