Modern.az

Ağ Partiyadan seçkilərlə bağlı QƏRAR

Ağ Partiyadan seçkilərlə bağlı QƏRAR

Aktual

3 Dekabr 2024, 11:49

Ağ Partiyası 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə qatılacağını rəsmən açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini və Seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib. 

 

O bildirib ki, partiya üzvləri bələdiyyə seçkilərində iştirakın vacibliyini dəstəkləyir və hazırlıq işləri artıq başlayıb.

 

Bununla bağlı yerli təşkilatlara müvafiq təlimatlar verilib.

 

Yaxın günlərdə partiyanın bələdiyyə üzvlüyünə namizədləri müəyyənləşdiriləcək. Namizədlərin sənədləri hazırlandıqdan sonra müvafiq seçki dairələrinə təqdim olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!