Modern.az

Azay Quliyev Qarabağ qaziləri və şəhid ailələri ilə görüşdü - FOTOLAR

Azay Quliyev Qarabağ qaziləri və şəhid ailələri  ilə görüşdü - FOTOLAR

28 Dekabr 2013, 17:49

Dekabrın 28-də Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində  Qarabağ qaziləri, şəhid ailələri, Çernobl əlilləri, 1-ci qrup əlillər və aztəminatlı ailələrlə görüş keçirib.

Görüş zamanı millət vəkili seçicilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının  Həmrəylik günü və Yeni il bayramları münasibətilə təbrik edərək onlara ən xoş arzularını bildirib. Görüş iştirakçıları ilə səmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq problemlərin bir çoxunun yerindəcə aidiyyəti orqanların köməkliyi ilə həllini tapmasına yardımçı olub. Daha sonra millət vəkili valideynləri ilə birgə görüşə gəlmiş uşaqların bayramını ayrıca təbrik edib və onlara hədiyyələr verib.






















Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!