Modern.az

Litva Gürcüstan prezidentinə sığınacaq verə bilər

Litva Gürcüstan prezidentinə sığınacaq verə bilər

3 Dekabr 2024, 14:50

"Litva lazım gələrsə, Gürcüstan prezidentinə sığınacaq verəcək".

Modern.az-ın məlumatına görə, bunu Litva prezidenti Gitanas Nausedanın baş məsləhətçisi Aasta Skysgyryte deyib.

Onun sözlərinə görə, Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə sığınacaq verə bilər.

"Əgər belə bir ehtiyac olarsa, Litvanın sığınacaq verməsi təbiidir, lakin hazırda prezident Zurabişvili açıq şəkildə bildirib ki, o, öz xalqı ilə Tbilisidə olacaq", - Skysgiryte deyib.

Bundan əvvəl üç Baltikyanı ölkə - Litva, Latviya və Estoniya "Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edənlərə" qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər.

Xatırladaq ki, hakim "Gürcü arzusu" partiyası bəyan edib ki, dekabrın 14-də Gürcüstana yeni prezident seçiləcək. 

Gürcüstan müxalifəti isə etiraz aksiyası keiçirir. Hazırkı prezident S.Zurabişvili də bu aksiyaları dəstəkləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi