Modern.az

Gürcüstanın eks-baş naziri siyasətdən gedir? - YENİLƏNİB

Gürcüstanın eks-baş naziri siyasətdən gedir? - YENİLƏNİB

3 Dekabr 2024, 19:10

"Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvilinin istefası xəbəri dezinformasiyadır".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski bildirib.

 

O, sabiq baş nazirin siyasətdən getməsi barədə xəbərləri təkzib edib.

 

***

16:10

 

“Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili siyasətdən gedir və bizneslə məşğul olacaq.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, “Gürcü arzusu”nun liderləri Qaribaşviliyə rəsmi olaraq komandada qalmağı təklif edib və sonra etirazlar fonunda açıqlama verməməyi xahiş ediblər.

Qaribaşvilinin hansı qərarı verəcəyi məlum deyil.

Xatırladaq ki, baş nazir vəzifəsindən azad edildikdən sonra İrakli Qaribşvili “Gürcü arzusu” partiyasının sədri postunu tutub. Lakin o, partiyanın fəaliyyətində iştirak etməyib və yalnız seçki iclaslarında çıxış edib.
 

Yeni parlamentin ilk iclasında İrakli Qaribaşvili də iştirak edib, ondan sonra bir daha meydana çıxmayıb. Parlamentdəki əksəriyyətin lideri Mamuka Mdinaradze bildirib ki, Qaribaşvili mandatdan imtina etməyə hazırlaşır.


“İndiki mərhələdə partiyanın mətbuat xidməti Qaribaşvilinin gedişini təsdiqləmir”, - telekanal bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi