Dekabrın 25-də Bakının mərkəzində özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dekabrın 28-də gecə saat 22 radələrində dünyasını dəyişib.
Özünü yandıran Zaur Həsənovla bağlı prezidentə müraciət olunub. Modern.az xəbər verir ki, Özünü yandıran II qrup Qarabağ əlilinin ölüm xəbəri yayılan kimi Qarabağ qazilərini özündə birləşdirən müxtəlif təşkilatların rəhbərləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Onlar dövlət başçısından Z. Həsənovun şəhid kimi dəfn olunmasını xahiş ediblər. Müraciət müəllifləri həmçinin vətəndaşları bu hadisəni siyasiləşdirməməyə və təxribatlardan yayınmağa çağırıblar. Onlar qeyd ediblər ki, bu məsələdə səbirli davranmaq lazımdır: “Çünki məsələ artıq dövlət başçısının nəzarətindədir". Son bilgiyə görə, hazırda Z. Həsənovun cənazəsi “Əjdər bəy” (Göy) məscidə aparılıb. Mərhumun yaxınlarının verdiyi məlumata görə, o, bu gün Bibiheybət qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.
Modern.az