“Qarabağ qazisinin faciəli ölümü hamımızı sarsıtdı. Allah rəhmət etsin”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib.
“Hamımız xəstəxanadan onun yaxşılaşması xəbərini gözləyirdik. Hamımızın hüznüdür. Ağır bir gündür. Böyük bir faciədir. Belə faciələrin bir daha təkrarlanmaması üçün nəsə etmək lazımdır. Müharibə veteranına belə ölüm yaraşmır. Hazırda dəfn mərasiminə getməyə hazırlaşırıq. Dəfndən sonra nə edəcəyimizə baxacağıq. Zaur Həsənov Bakıda Lökbatan yaxınlığındakı qəbristanlıqda dəfn olunacaq”.
Xatırladaq ki, dekabrın 25-də II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov 5 uşaq atası idi.
Gülşən Raufqızı