Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə,
təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 11:00-dan 18:00-dək isə Sabunçu rayonunun Balaxanı qəsəbəsinə və Zabrat qəsəbəsinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Modern.az