Modern.az

Koreya Prezidenti dövlətə xəyanətdə ittiham olunur

Koreya Prezidenti dövlətə xəyanətdə ittiham olunur

Aktual

4 Dekabr 2024, 11:32

Cənubi Koreyada müxalif Toburo Demokratik Partiyası prezident Yun Seok Yeol və müdafiə naziri Kim Yong Hhyuna qarşı dövlətə xəyanət ittihamı irəli sürmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yazıb.

Bu addım adıçəkilən iki məmurun təşəbbüsü ilə ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlıdır.

Partiya nümayəndələri bu məsələni hərtərəfli öyrənməyi planlaşdırırlar.

Xatırladaq ki, Yun Seok Yeol Şimali Koreya qüvvələrinin təhdidinə görə konstitusiya quruluşunun qorunmasının zəruriliyini əsas gətirərək dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyətin tətbiq olunduğunu açıqlayıb.

O, parlamentə nəzarət edən müxalifətin hökumətin işini iflic etdiyini və Şimali Koreyaya rəğbət bəslədiyini vurğulayıb.
Daha sonra prezident xalqa müraciətində parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul etdiyini bildirib.
Dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabinetinin iclası çağırılacaq. O əlavə edib ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?