Modern.az

Bakı Ali Neft Məktəbində “Gənc Neftçilər” adlı respublika olimpiadası keçirilib

Bakı Ali Neft Məktəbində “Gənc Neftçilər” adlı respublika olimpiadası  keçirilib

29 Dekabr 2013, 11:18

Modern.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  2013-cü ildə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində “GəncNeftçilər” olimpiadalayihəsi üzrə qalib olublar. Bu layihəyə əsasən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə  ali məktəbdə respublika üzrə olimpiyadalar  keçirilib.

Olimiyadalar  5 istiqamət ( iqtisadi biliklər,tarix,psixologiya, tibbi biliklərvə gənc neftçilər) üzrə  aparılır. Olimpiyadalarda iştirak etmək üçün 3000-ə yaxın tələbə qeydiyyatdan keçib və onlardan 500 nəfəri final mərhələsində iştirak edəcəklər.  Olimiyadaların qalibləri yanvar ayında Bakı Ali  Neft məktəbində  keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!